Konsepsiyada geniş açıq sahə, yüksək tavan hündürlüyü və şüşə fasad həlləri ön plana çıxarılaraq həm təbii işıqdan maksimum istifadə, həm də vizual genişlik effekti yaradılıb. Daxili zonalar avtomobillərin rahat sərgilənməsi və ziyarətçi axınının düzgün yönləndirilməsi üçün balanslı şəkildə bölünüb. Material seçimində metal konstruksiyalar, şüşə və isti teksturalı panellərin birləşməsi ilə texnoloji və premium atmosfer formalaşdırılıb. İşıqlandırma sistemi məhsulu ön plana çıxaran vurğulu və xətti işıq ssenariləri ilə qurulub. Müştəri qəbul və gözləmə hissələri ümumi kompozisiyaya inteqrasiya edilərək komfort və estetik vəhdət qorunub. Ümumilikdə layihə həm kommersiya funksiyasını, həm də nümayiş effektini gücləndirən konsept üzərində hazırlanıb.
